Leao derbidə oynamaq istəsə də...

26.10.2026 21:20 18
Dünya futbolu
''Qalatasaray''ın ulduzu Rafael Leaonun derbidə oynamaq ehtimalı yaranıb.

Bilindiyi kimi portuqaliyalı ulduz oktyabrın 17-də ''Gənclərbirliyi'' ilə səfər oyununda ikinci hissədə meydana çıxdıqdan 15 dəqiqə sonra qasıq nahiyəsindən zədə almış və əvəzlənmişdi. Həmin vaxt 4 həftəlik sıradan çıxdığı bildirilən ünlü futbolçu Çempionlar Liqasında ''Lill'' ilə səfər oyununda komandasına kömək edə bilməmişdi.

Bu arada Türkiyə mənbələrinin yazdığına inansaq, Leao baş məşqçi Okan Burukla üzbəüz söhbət edərək ''Fənərbaxça''ya qarşı matçda oynamaq istədiyini bildirib. O özünü yaxşı hiss etdiyini və bu oyunun komanda üçün önəmini dərk etdiyini vurğulayaraq meydana çıxmaq arzusunda olduğunu deyib. Buruk isə ona cavabında ''özünü yaxşı hiss etsən, oynayacaqsan'' deyib.

Leaonun oyunöncəsi son taktik məşqində iştirak etməsi diqqət çəkib. Bu da onun zədədən erkən qurtulduğunu göstərir. Amma Leao istənilən halda əsas heyətdə oynamayacaq. Həkimlər Leaonun oynamasına icazə versə, o ən yaxşı halda ikinci hissədə meydana çıxacaq.

''Qalatasaray''da irəlidə ''Lill'' ilə oyunda olduğu kimi Yunus Akgün, Batrakov, Barış Alpər Yılmaz və Osimhenin qərarlaşacağı gözlənilir.