Bəs, “kimyaçılar” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdacaq? İndiyə qədər stadionda hansı işlər görülüb və prosesin tamamlanacağı tarix bəllidimi?
Bu suallarla “gənclik şəhəri”nin təmsilçinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Çalışmalar əsasən qazonun durumunu əhatə edir və yekunlaşmaq üzrədi. Ot örtüyünün vəziyyəti böyük ölçüdə düzəlib. Sadəcə, hələ yetişmə üçün bir müddət vaxt lazımdı. Bu səbəbdən risk etmək istəmədik. Bəli, “Qarabağ”ı da digər stadionumuzda qəbul edəcəyik. Növbəti ev oyunumuz sentyabrın 11-13-ü aralığında “Şamaxı”ya qarşı olacaq. Həmin matçı “Mehdi Hüseynzadə”də keçirməyi planlaşdırırıq. Təbii ki, bundan əvvəl işlərin yekunu ilə bağlı stadiona baxış keçiriləcək, monitorinq aparılacaq. Müsbət cavab olacağı təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcək və əvvəlki stadionumuza qayıdacağıq”.
Xatırladaq ki, “Sumqayıt” – “Qarabağ” oyunu avqustun 31-i, saat 20.15-də start götürəcək.
KƏNAN BAHADIR






