Şənbə günü İngiltərə çempionatında London derbisinin həyəcanı yaşanıb.
"Football-plus.az" xəbər verir ki, premyer-liqanın 8-ci turunda “Çelsi” əzəli rəqibi “Tottenhem”i qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
“Opta”nın yaydığı xəbərə görə, “Tottenhem” 1986-cı ilin dekabrından sonra ilk dəfə “Stemford Bric”də “Çelsi”ni qol buraxmadan məğlub edib.
Xatırladaq ki, həmin oyun da “mahmızlar”ın 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
London derbisi: 40 il əvvəl olduğu kimi…
Dünya futbolu





