Ukraynadakı möhtəşəm azərbaycanlı: 3 qol, 3 məhsuldar ötürmə!

26.10.2026 21:44 90
Ölkə futbolu / Manşet
"Xarkov"un şərəfini qoruyan Ramik Hacıyevin Ukrayna çempionatının 9-cu turunda “Levıy Bereq”ə qol vurduğunu, bunun sayəsində komandasının 3-cü pilləyə yüksəldiyini yazmışdıq.

"Football-plus.az" xəbər verir ki, Ramik "Xarkov"un heyətində daha bir qola imza atıb. Srağagün 10-cu turda "Epitsentr"lə səfər matçında fərqlənən yarımmüdafiəçi hesabı açıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə sona çatıb. Nəticədə xarkovlular 3-cü sıradakı yerini qoruya bilib. Soydaşımız bu görüşdə əvvəldən sona qədər oynayıb.

Xatırladaq ki, Ramik cari mövsümdə artıq 3 qol, 3 məhsuldar ötürmə müəllifidi.

KƏNAN BAHADIR