Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda mübarizəyə başlayacaq.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz turnirin 1/32 final mərhələsində Danimarkanın “Holte IF” klubu ilə üz-üzə gələcək.
Sabah Danimarkada keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Komandalar arasında cavab qarşılaşması isə noyabrın 5-də Bakıda təşkil olunacaq.
“DH Volley” avrokuboklarda ilk oyununu keçirəcək
İdman





