“Mehdi Hüseynzadə” 1-ci mərhələnin oyunlarını keçirməyə imkan verir, bəs sonra?

29.05.2024 00:00 3 297
Manşet / Avrokuboklar
Artıq avrokuboklara vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.

“Football-plus.az” xəbər verir ki, “Qarabağ"la "Sabah"ın avrokubok matçlarını keçirəcəyi stadionla bağlı problem yoxdu. Lakin "Sumqayıt"la "Zirə"nin qərarı bilinmir. Görəsən, onlar ev oyunlarını hansı stadionda keçirməyi planlaşdırır? Bu sualı hər iki klubun mətbuat xidmətinin rəhbərinə ünvanladıq.

Zaur Xudiyev (Sumqayıt):
"Böyük ehtimalla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyik. Bunun üçün müəyyən işlər gedir. UEFA nümayəndəsinin tövsiyələrinə uyğun olaraq, uyğunlaşdırmalar davam edir. İstənilən halda stadionun indiki halı birinci mərhələ oyunlarını keçirməyə imkan verirdi. Ona görə də biz oyunlarımızı məhz Mehdi Hüseynzadə stadionunda keçirəcəyik".


Elmar Abdullazadə (Zirə):
"Avrokubokdakı oyunlarımız "Liv Bona Dea Arena"da keçiriləcək".


GÜNAY SÜLEYMANOVA