David Otorbi karyerasını İngiltərədə davam etdirmək şansına malikdi.
"Football-plus.az" xəbər verir ki, o, “Liverpul”un hədəfinə düşüb. İngiltərə klubu “Valensiya”nın 19 yaşlı hücumçusuna görə 30 milyon avro ödəməyə hazırdı. Yeniyetmə futbolçunun klubu ilə müqaviləsində sərbəst qalma haqqı kimi məhz bu məbləğ göstərilib.
Davidin “Valensiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm ağ-qara formada La Liqada meydana çıxdığı 9 oyunda 1 qol vurub.
“Liverpul” 30 milyon avronu kimə xərcləyəcək
Dünya futbolu





