Avropa çempionu hara, 2-ci divizion hara?

5.09.2026 17:46 21
Dünya futbolu
Alvaro Morata İtaliyanı növbəti dəfə tərk edib.

"Football-plus.az" xəbər verir ki, “Komo”nun təcrübəli futbolçusu karyerasını İspaniyada davam etdirəcək. İspan hücumçu 2-ci divizionda çıxış edən “Leqanes”ə keçib. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

AÇ-2024-ün qalibi olan 33 yaşlı Alvaro əvvəllər “Real”, “Yuventus”, “Çelsi”, “Atletiko”, “Milan” və “Qalatasaray” kimi nəhəng klubların formasını geyib.