UEFA Lütfəliyevaya üç oyun tapşırdı

22.10.2026 20:11 27
Ölkə futbolu
Qadın FIFA referimiz Fəridə Lütfəliyeva UEFA tərəfindən beynəlxalq oyunlara təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Gürcüstanda keçiriləcək 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki qarşılaşmanın baş hakimi olacaq.

Lütfəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq - Gürcüstan görüşlərini idarə edəcək.

Azərbaycanlı referi oktyabrın 28-də keçiriləcək Uels - Gürcüstan matçında isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Digər təmsilçimiz Günlürə Əkbərzadə hər üç qarşılaşmada köməkçi hakim olacaq.