Son 4 ildə çıxış etdiyi “Kadis”dən ayrılan Alvaro Neqredonun yeni klubu müəyyənləşib.
38 yaşlı hücumçu “Valyadolid”ə keçib. Bu barədə klubun saytı məlumat yayıb. Onun “Valyadolid” ilə bağladığı müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. İspaniya çempionatının 2-ci divizionundə çıxış edən komanda hazırda 5-ci yeri tutur.
Alvaronun 2012-ci ildə İspaniya yığması ilə Avropa çempionu olduğunu da bildirək.