6 il əvvəl beyin damarındakı laxtanın çıxarılması əməliyyatından sonra bərpa prosesi keçirdiyi vaxt dünyasını dəyişən Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi başlayıb.
Argentina prokurorluğu əfsanəvi futbolçunun ölümündən əvvəl müalicəsi ilə məşğul olan tibb işçilərinin 12 ilədək müddətə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, 2020-ci il noyabrın 25-də vəfat edən Maradonanın ölümü ilə bağlı bu ilin aprelindən 7 tibb işçisi məhkəmə qarşısına çıxarılıb.
Təqsirləndirilənlər arasında sabiq futbolçunun şəxsi həkimi Leopoldo Luke, psixiatr, psixoloq, tibb bacıları və tibbi yardımın əlaqələndirilməsinə cavabdeh şəxslər var. Onlar tibbi yardımın göstərilməsi zamanı ciddi pozuntulara yol verməkdə ittiham olunurlar. Ancaq təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər.
Prokuror Patrisio Ferrari yekun çıxışı zamanı tibbi heyətin fəaliyyətini “xaotik iş” adlandırıb. O bildirib ki, həkimlərin işindəki nizamsızlıq Maradonanın köməksiz vəziyyətdə qalmasına və faktiki taleyin ümidinə buraxılmasına səbəb olub. Prokurorluq futbolçunun şəxsi həkimi Luke üçün 12 il həbs cəzası istəyib. Digər tibb işçiləri üçün isə 4 ildən 10 ilədək həbs cəzası tələb olunub.
Maradonanın “qatillər”i hansı cəzanı alacaqlar?
Dünya futbolu




