Klarens Zeedorfun yeni iş yeri müəyyənləşib. Ötənlərin məşhur futbolçusu 12 ildən sonra Braziliyaya qayıdıb.
O, “Korintians”ın baş məşqçisi təyin olunub. San Paulu klubunun rəsmi saytının məlumatına görə, 50 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Zeedorf futbolçu həyatı ərzində “Ayaks”, “Samdoriya”, “Real”, “İnter”, “Milan” və “Botafoqo” (Rio de Janeyro) klublarında çıxış edib.
Karyerasını 2014-cü ildə Braziliya klubunda başa vuran sabiq yarımmüdafiəçi Niderland yığmasında çıxış etdiyi 14 il (1994-2008) ərzində 87 oyunda 11 qol vurub. Məşqçiliyə 2014-cü ildə “Milan”da başlayan Zeedorf Çinin “Şençjen”, İspaniyanın “Deportivo” klublarını və Kamerun yığmasını çalışdırıb.
O, son vaxtlar Niderland Kral Futbol İttifaqının Müşahidə Şurasında fəaliyyət göstərirdi.
12 ildən sonra Braziliyaya qayıtdı
Dünya futbolu





