Ölkəmizdə keçiriləcək dünya çempionatının tarixi bilindi

22.10.2026 19:48 27
Ölkə futbolu
Bu gün FİFA Şurası Bürosunun iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi “FİFA U-20 World Cup 2027”nin tarixi rəsmən açıqlanıb. 20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan “Bu oyun sənlikdir” rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.