“Atletiko”nun hücumçusu Alvaro Morata yaxın günlərdə “Milan”ın formasını geyə bilər.
DAZN-ın yaydığı xəbərə görə, “qırmızı-qaralar” 31 yaşlı ispaniyalını icarəyə götürməklə bağlı danışıq aparır. Forvardın özünün “Milan”a keçidə razılıq verdiyi bildirilir.
Morata son mövsümdə “Atletiko”nun heyətində bütün turnirlərdə keçirdiyi 48 oyunda 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Əvvəllər “Yuventus”, “Çelsi” və “Real” forması da geyən hücumçuya “Transfermarkt” 16 milyon avro qiymət qoyub.