"Football-plus.az" xəbər verir ki, məşqdən əvvəl yığmamızın çalışdırıcısı Famil Xəlilov komandanın hazırlığı ilə bağlı fikirlərini bildirib:
“Hazırlıq prosesi plan üzrə gedir və artıq turnirə son hazırlıq mərhələsindəyik. Əsas məqsəd futbolçuları oyunlara tam hazır vəziyyətə gətirməkdi. Turnirin formatı bizim üçün yeni olduğundan rəqiblər barədə məlumatlarımız məhduddu. Buna görə də mövcud məlumatları təhlil edir və öz oyun planımız üzərində işləyirik. Turnirdə əsas hədəf Azərbaycanı layiqincə təmsil etmək, hər oyunda maksimum mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni göstərməkdi. Eyni zamanda, bu turnirin futbolçularımızın inkişafına töhfə verəcəyinə inanırıq. Oyunların Bakıda keçirilməsi də bizim üçün əlavə motivasiyadı. İnanıram ki, komandamız üzərinə düşən məsuliyyəti dərk edir və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə hazırdı”.
Yığmamız turnirdə ilk oyununu oktyabrın 24-də saat 19.30-da “Crystal Hall”da Şərqi Timor yığmasına qarşı keçirəcək.





