Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatında təmsilçimiz Fərhad Rəcəbli qızıl medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, 90 kq çəki dərəcəsində M8 yaş kateqoriyasında mübarizə aparan idmançımız bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli karyerasında 12-ci dəfə Avropa çempionu tituluna yiyələnib.
Oktyabrın 25-dək davam edəcək qitə birinciliyində Azərbaycan idmançıları da mübarizə aparırlar.
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu
İdman





