Alvaro Arbeloa cəzadan qaça bilməyib. “Fulhem”in baş məşqçisi hakimlərlə bağlı açıqlamalarına görə 25 min funt sterlinq cərimələnib.
İngiltərə Futbol Assosiasiyası (İFA) ispaniyalı mütəxəssisi sentyabrın 20-də “Mançester Yunayted”lə keçirilən matçdan (1:1) sonra səsləndirdiyi fikirlərə görə cəzalandırıb. Ona gələcək davranışı ilə bağlı rəsmi xəbərdarlıq da edilib.
İFA Arbeloanın açıqlamalarının hakimlərin qərəzli davrandığı və oyunun nəticəsinə təsir göstərməyə çalışdığı təəssüratı yaratdığını hesab edir.
43 yaşlı məşqçi oxşar qayda pozuntusunu təkrarlayacağı halda daha ağır cəza ilə üzləşə bilər.
Arbeloa cəzalandı
Dünya futbolu





