“Liverpul” onlara bel bağlaya bilməyəcək

22.10.2026 19:00 18
Dünya futbolu
“Liverpul”un baş məşqçisi Andoni İraola Jeremi Frimponq və Dominik Soboslainin son durumu barədə məlumat verib.

"Football-plus.az" qeyd edir ki, İngiltərə premier-liqasının 7-ci turunda “Brentford”a 2:1 hesabı ilə qalib gələn “Liverpul” hər iki futbolçusunu itirib. Soboslai 32-ci dəqiqədə əvəzlənib, fasilədən sonra meydana daxil olan Frimponq isə 7 dəqiqə oynadıqdan sonra matçı davam etdirə bilməyib.

İspaniyalı mütəxəssis İraola Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Vilyarreal”la oyun ərəfəsində futbolçuların zədələrinin ağırlıq dərəcəsini açıqlayıb. O, Frimponqun yenidən əzələ zədəsi ilə üzləşdiyini və onun bərpasını gözləməli olduqlarını bildirib. Soboslaiyə gəlincə, onun probleminin ötən həftə zədələndiyi nahiyədə olduğunu bildirib. Baş məşqçi Dominikin qayıdışını uzun müddət gözləməyəcəklərini də deyib.