"FCSB “Sabah”ı örnək götürsün" - Abbas Zahidi

27.08.2026 15:00 9
Avrokuboklar / Aktual
Avqustun 25-də “Hapoel” ilə “Tofiq Bəhramov”da qəbul edən “Sabah” 5:2 hesabı inamlı qələbə ilə adını Çempionlar Liqasının əsas mərhələsinə yazdırdı. Bu möhtəşəm qələbə haqda çox şey demək olar. Lakin biz mövzuya fərqli bucaqdan yanaşmaq istədik.

İlk oyun Rumıniyanın paytaxtı Buxarestdə keçirilmişdi. “Football-plus.az” bu ölkədə yaşayan həmyerlimiz Abbas Zahidinin düşüncələrini öyrənib:

“Digər azərbaycanlıların fikirlərindən xəbərdar deyiləm. Biz o qədər də sıx yaşamırıq və bir-birimizi tədbirdən-tədbirə görürük. Fikrimcə, "Sabah" 1-ci oyundan sonra səhvləri üzərində işlədi, sona qədər vuruşdu. “Hapoel” zəif komanda deyil, amma “Sabah” da sübut etdi ki, onlarla oynamaq olar. Əlavə vaxtdakı qırmızı vərəqə lap yerinə düşdü. "Sabah" daha soyuqqanlı komandadı, ona görə də 120 dəqiqə dözə bildi. Üstəlik 2-ci oyunun Bakıda olması bizim üçün avantajı daha da artırdı. Rumıniya mətbuatında hər kəs bu barədə danışır. “Facebook”dakı şərhlərdə isə bəziləri zarafatca belə deyirlər: "FCSB “Sabah”ı örnək götürsün", "Sabah” ÇL-də ən qorxulu rəqibdi".

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul