“Sabah” avqustun 19-da Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Hapoel”lə qarşılaşacaq. Bu oyun Rumıniyanın paytaxtı Buxarestdə - “Culeşti” stadionunda keçiriləcək.
Bildiyiniz kimi, İsrail klubları məlum münaqişə üzündən avrokubok oyunlarını artıq illərdi başqa ölkələrdə keçirir. “Sabah”la oyunun Buxarestə salınması azərbaycanlı azarkeşlər üçün tribunalarda da təşəbbüsü ələ almaq imkanı yaradıb. Bəs ölkə çempionunu Buxarestdə neçə azarkeş dəstəkləyə bilər? Azərbaycanlılar üçün neçə bilet ayrılıb?
Bu sualı “Sabah”ın mətbuat katibi Elnur Həmidova ünvanladıq. Onun dediyinə görə, qarşılaşmanı izləmək istəyən soydaşlarımız üçün 600-ə yaxın bilet ayrılıb.
İSRAYIL XEYRULLAYEV
“Sabah” üçün 600 bilet ayrılıb! – bu qədər adam tapılacaqmı?
Aktual / Avrokuboklar






