“Tvente”də ciddi itkilər!

27.08.2026 13:00 8
Avrokuboklar / Aktual
“Qarabağ” bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşünə çıxacaq. İlk oyunda “Tvente”ni səfərdə məğlub edən “köhlən atlar” üstünlüyü qorumağa çalışacaq.

Niderland təmsilçisinin heyətində üç ciddi itki var. Müdafiənin əsas dayaqlarından biri olan Stiv Lemkin avqustun əvvəlində sıradan çıxıb. O, “Qarabağ”la ilk görüşü də buraxıb. Müdafiəçinin komanda ilə məşqlərə qayıdışının sentyabra təsadüf edəcəyi gözlənilir.

Kristian Hlinsson ilk matçda 61-ci dəqiqədə meydana çıxıb. Yarımmüdafiəçi məhz ağdamlılarla oyunda aldığı zədə səbəbindən bu görüşdə komandasına kömək edə bilməyəcək.

Sam Lammers də ilk qarşılaşmada 61-ci dəqiqədə Vut Veqhorstu əvəzləmişdi. Hücumçu zədə səbəbindən Bakıya səfər edə bilməyib.

“Twente”nin baş məşqçisi Con van den Brom dünən keçirilən mətbuat konfransında hər iki futbolçunun durumuna aydınlıq gətirib:

“Kristianın baldırında zədə var. O, “Qarabağ”la ilk görüşdə sıradan çıxıb. Samın bud əzələsində mikrozədə var. Onlar bu səbəbdən səfərə çıxmağa hazır deyildilər. Evdə məşq edərək növbəti matça hazırlaşmağa çalışacaqlar. Hlinssonun zədəsi daha ciddi olduğundan bərpa prosesi Lammersdən daha uzun çəkəcək”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul