Asiyada qərar tutdu

27.08.2026 16:00 26
Dünya futbolu
Nabil Fekirin yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının 33 yaşlı sabiq yarımmüdafiəçisi “Abha”ya keçib. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı Fekir 2015-20-ci illərdə Fransa yığmasında çıxış edib. Milli komandada 25 oyuna 2 qol vurub. O, “Lion” (Fransa), “Betis” (İspaniya) və “Əl-Cəzirə” (BƏƏ) klublarında oynayıb.