UEFA "Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Beer-Şeva "Hapoel"ini cərimələyib.
"Football-plus.az" xəbər verir ki, bu barədə yerli "One" nəşri məlumat yayıb.
İsrail mətbuatında klubun üç fərqli məbləğdə cərimə ilə üzləşdiyi qeyd edilib. Belə ki, "dəvələr" azarkeşlərinin yol verdiyi qayda pozuntuları üzündən "Vikinqur"a qarşı matçda yaşananlara görə 6 min, "Srvena Zvezda" ilə oyunda baş verən müxtəlif hadisələr səbəbindən isə ayrı-ayrılıqda 8 min 250 və 10 min avro ödəməyə məcburdu.
Beləliklə, Beer-Şeva təmsilçisi ümumilikdə 24 min 250 avro ziyana düşüb.
Xatırladaq ki, "Tofiq Bəhramov"da keçiriləcək "Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-i, saat 20.45-də start götürəcək.
KƏNAN BAHADIR
"Sabah"ın rəqibi UEFA-nın "radar"ından qaça bilmədi - "Hapoel"də problem!
Aktual / Avrokuboklar






