"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı

16.08.2026 16:54 15
Avrokuboklar
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Biletləri onlayn şəkildə "iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündü.

Xatırladaq ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.