"Sabah"ın rəqibində iki ayrılıq

18.08.2026 17:00 20
Avrokuboklar
Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel"də (Beer-Şeva) iki ayrılıq yaşanıb.

Bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.

Mor Siman Tov Kiryat Şmona Hapoel"inə, Yoav Koren isə "Makkabi"yə (PetaH-Tikva) icarəyə verilib. Hər iki futbolçu 2026/27 mövsümünü adıçəkilən klublarda çıxış edəcək.

"Sabah"la "Hapoel" arasında ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Komandalar arasında cavab matçı isə avqustun 25-də Bakıda olacaq.