Kristofer Nkunku tezliklə klubunu dəyşməli olacaq.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu hücumçunu əsas komandanın məşqlərindən kənarlaşdırıb. İnsayder Fabritsio Romanonun məlumatına görə, fransalı futbolçu artıq baş məşqçi Ruben Amorimin planlarına daxil deyil. Rəhbərlik artıq onun klubdan ayrılması üzərində çalışır: həm birdəfəlik satış, həm də icarə variantını nəzərdən keçirməyə hazırdı.
28 yaşlı Nkunku “Milan”a 2025-ci ilin yayında keçib. O, indiyədək İtaliya klubunun heyətində 32 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Fransalının “Milan”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdi.