Rafael Leao formallığı aradan qaldırıb. “Milan” futbolçu ilə müqaviləni yeniləyib.
“Football-plus.az” xəbər verir ki, İtaliya klubunun saytının məlumatında Portuqaliya millisinin 23 yaşlı vingeri ilə yeni anlaşmanın müddətinin 2028-ci ilin yayına qədər razılaşdırıldığı bildirilib. Bir neçə gün əvvəl Leaonun illik maaşının 5 milyon avroya yüksələcəyi və onun əlavə olaraq bonuslar alacağı haqda məlumat yayılmışdı.Gənc futbolçunun müqaviləsindəki təzminatın məbləği 175 milyon avro təşkil edəcək.
Rafael “Milan”a 2019-cu ilin yayında “Lill”dən keçib. O, indiyədək qırmızı-qara formada 162 oyuna çıxıb, 41 qol vurub və 29 məhsuldar ötürmə edib.