''Milan''ın ulduzu ''Qalatasaray''lıların paylaşımlarını bəyəndi!

17.05.2026 16:28 68
Dünya futbolu
''Milan''ın portuqaliyalı ulduzu Rafael Leao sosial şəbəkədəki son hərəkətləri ilə diqqət çəkib. Ünlü futbolçu bir gündə ''Qalatasaray''ın 3 futbolçusunun paylaşımını bəyənib!

26 yaşlı vinger əvvəlcə Viktor Osimhenin, sonra Leroy Sanenin ''Cim-Bom''un çempionluğuna dair paylaşımlarını bəyəndi. Bununla kifayətlənməyən Leao daha sonra İsmael Yakobsun da paylaşımına ''layk'' qoydu. İlk baxışdan burda qeyri-adi bir şey yoxdu. Amma məsələ burasındadı ki, Leao ''Fənərbaxça''nın da ciddi hədəfindədi. Ötən həftəsonu hətta ''Fənər''də prezidentliyə namizədlərdən olan Hakan Safi danışıqlar üçün Milana yollanmışdı. O, ''San Siro''da ''Milan'' - ''Atalanta'' matçını izləyərkən görüntülənmişdi.

İtaliya mətbuatının yazdığına inansaq, ''Milan'' Leao üçün ən azı 50 milyon avrodan başlayan təkliflərə açıqdı. Tərəflərin bu yay yollarını ayıracağı gözlənilir. Son oyunlarda tez-tez öz fanatları tərəfindən fitə basılan Leao bu gün ''Cenoa'' ilə matçı cəza üzündən buraxacaq. Portuqaliya yığmasının üzvü bu mövsüm 30 rəsmi oyunda aktivinə 10 qol, 3 məhsuldar ötürmə yazıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul