• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sumqayıt zəfəri: sevindirən və incidən məqamlar

Yazarlar / Manşet

31-03-2026, 16:0

Azərbaycan yığması FİFA-nın daha çox kiçik yığmaları sevindirməyə, onlara qələbə həzzi yaşatmağa xidmət edən turnirdəki qələbəsi yenə ölkədə, xüsusən də futbol ictimaiyyəti arasında böyük diskussiya doğurub.

Təbii, belə yanaşma anlaşılandı. Elə heç vaxt bizim küçədə qələbə yaşanmadığına görə bu turnirdəki uğuru olduğundan daha parlaq görmək və ya əksinə, uğurun üzərindən sükutla keçmək, onu tam dəyərsizləşdirmək cəhdləri də aydındı. Mən də bəzi sözlər demək istəyirəm.

Sevindirən…
* Qələbə elə qələbədi, bütün hallarda adama sevinc gətirir, idmançıya və komandaya özünəinam aşılayır, idmançını və komandanı yeni uğurlara səsləyir.
* Syerra Leoneyə qarşı 2-ci hissədə göstərdiyimiz oyunu Millətlər Liqasında da göstərə bilsək, D (!) liqasında qrup birinciliyi, konkret Litvanı sıradan çıxarmaq uğrunda oynamaq olar.
* Ayxan Abbasov istənilən əcnəbi çalışdırıcı ilə müqayisədə azərbaycanlı futbolçuların potensialına və bacarığına daha yaxşı bələddi, kimi hansı mövqedə oynadacağını bilir. Onun heç də xoş axarda keçməyən oyunun 2-ci hissəsinə müdaxilə cəhdlərini bəyəndim.
* Nəzərə alaq ki, yığmanın əsas iki ulduzu - Nəriman Axunzadə ilə Mahir Emreli müxtəlif səbəblərdən heyətdə yox idi. Onların yığmaya qatılması Abbasova xüsusən də irəlidə daha geniş manevr imkanı verəcək. Amma bütün bu manevr və eksperimentlər payıza qədər bitməli, baş məşqçi komandanın özəyini müəyyənləşdirməli, yığma Millətlər Liqasının oyunlarına istisnasız nəticə üçün çıxmalıdı.
* Kim nə deyir-desin, “Qarabağ”ın oyunçuları səviyyə baxımından başqalarından seçilir, özü də mən təkcə səviyyə yox, həm də beynəlxalq oyun təcrübəsi deyərdim.
* Penaltiləri yerinə yetirmək bacarığımızın yüksək olması. Avrokuboklarda bu yöndə çox əziyyət çəkmişik deyə, azərbaycanlı futbolçuların “nöqtə”yə yaxınlaşarkən soyuqqanlı davranması, bütün cəhdlərdə “çərçivə”yə düşməsi məni sevindirdi.

...incidən məqamlar
* Xüsusən də ilk yarıda rəqibin potensialını qiymətləndirməmək, ona yuxarıdan aşağı baxmaq meyli var idi. Sent Lusiya üzərində qazanılan asan qələbə futbolçularımızı arxayınlaşdırmışdı. Baxmayaraq ki, media, futbolu yaxşı bilənlər Syerra Leonenin ən azı reytinqdə bizdən öndə olduğunu gündə 5 dəfə deyirdilər.
* Yığma üzvlərinin hədsiz aqressiv görünməsi, heç bir ehtiyac olmadan rəqib futbolçularla münaqişəyə girişməsi. Anlaşılandı, bu gərginliyin əsası İdris Kanunun Anton Krivotsyuku az qala tapdalayıb (məncə, qaydalar çərçivəsində!) keçməsi ilə qoyuldu, sonra da meydanboyu davam etdi. Emil Səfərovun, Aydın Bayramovun davranışı nə idi?! VAR olsaydı, onların cəzasının altından kim çıxacaqdı?
* İlk oyunda rəqibin zəif Sent Lusiya olmasına baxmayaraq, yığmanın əksər üzvləri hələ də üçgündənbir eyni səviyyədə oynamağa, eyni intensivliyi qorumağa hazır deyil. Çox güman, bu daha çox fiziki hazırlıqla bağlı olan çatışmazlıqdı. Ancaq çatışmazlıqdı ki çatışmazlıq...
* Yığmada lidersizlik açıq-aşkar görünür. Emin Mahmudov artıq bu rola yaramır, məsuliyyəti üzərinə götürməyə hazır olan başqası da yoxdu. Bədavi Hüseynov da ən müxtəlif səbəblərdən (yaş, “milləşdirilən” futbolçu olması, klubunda müntəzəm oynamaması...) lider statusuna uyğun gəlmir. Bəs onda kimi seçək? Qismət Alıyevi, Mahir Emrelini, yoxsa Elvin Cəfərquliyevi?
* Qol hər nə qədər Toral Bayramovun yerinə yetirdiyi cərimə zərbəsinin ardından vurulsa da, bu komponentdə hələ çox “artırmalıyıq”. Emin Mahmudovun yoxluğunda onun sevimli nöqtəsində cərimə zərbələri qazanmaq inadımızı da anlamadım.
* Komanda üzvləri arasında anlaşma səviyyəsi hələ də idealdan uzaqdı. Dəfələrlə ünvansız ötürmələr, hücumun münasib yox, uğursuz variant üzrə davam etməsi cəhdlərini gördük. Xüsusən də Renat Dadaşovun oyun üslubu, bəlkə də hətta futbolçu tipi ümumi ansambla uyğun gəlmir. Kəsəsi, bu yöndə cilalanmalı olan cəhət çoxdu.
...Və yenə girişdəki mülahizənin üzərinə dönürəm: qələbə elə qələbədi. Sadəcə, bizə daha böyük qələbələr lazımdı!

ORXAN

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

21-12-2025, 21:0

"Göstərdiyimiz oyunu nəzərə alsaq, məğlubiyyəti haqq etmirdik" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

27-03-2026, 22:0

"Alnım açıqdı, heç vaxt nəyəsə qərəzli yanaşmıram" - Ayxan Abbasov

Aktual / Ölkə futbolu

27-03-2026, 10:0

Ayxan Abbasov adını yığmanın tarixinə yazdıra biləcəkmi? – ona 5 top fərqiylə qələbə lazımdı

Yazarlar / Manşet

29-03-2026, 19:0

Günəşli günlərə doğru...

Ölkə futbolu

9-04-2025, 12:0

"Penalti epizodunda top əvvəlcə rəqibin, sonra bizim oyunçunun əlinə dəymişdi" - Siyasət Əsgərov

Yığma

5-12-2023, 21:0

Yığmamız Millətlər Liqasını qələbə ilə bitirdi

Aktual
“Həmişə meydana qələbəni düşünərək çıxmışıq” – Prins Ovusu
Rüfət Abbasov “Neftçi”nin ulduzu olacaq!
“Qışdan sonra ən çox xal toplayan komandayıq” – istefaya göndərilən baş məşqçi
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
“Namik Ələskərov uğursuz olubsa, başqası getməsin?” - Toral Bayramovun meneceri danışdı
“Elitada qalsaq belə, bunu çox pis nəticə kimi qiymətləndiririk”
Son xəbərlər
  • Bu gün, 19:33
    Montella Kərəm Aktürkoğlunun son durumu barədə nə dedi? - ''Riskə getməyəcəm''
  • Bu gün, 19:02
    “Sabah” bölgələrdə istedad axtarışına çıxır
  • Bu gün, 18:31
    “Həmişə meydana qələbəni düşünərək çıxmışıq” – Prins Ovusu
  • Bu gün, 18:01
    "Ağstafa Gəncləri" 2-ci liqada qaldı
  • Bu gün, 17:40
    Yankoviç yığmaya dəvət aldı
  • Bu gün, 17:19
    "Karvan-Yevlax" Fizuli Məmmədovla yolları ayırdı
  • Bu gün, 17:00
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 16:29
    Modriç üçün həqiqət anı
  • Bu gün, 15:58
    Uğursuzluğa baxmayaraq, postunu qorudu
  • Bu gün, 15:27
    Milli komandada yeni müqavilə
  • Bu gün, 14:56
    A seriyasında istefa
  • Bu gün, 14:35
    Bütün diqqətlər Londona yönələcək
  • Bu gün, 14:14
    “Veqas” ardıcıl iki əzmkar qələbə qazandı
  • Bu gün, 13:53
    Rüfət Abbasov “Neftçi”nin ulduzu olacaq!
  • Bu gün, 13:22
    Keyn coşdu, “Bavariya” kubokda həsrətə son qoydu
  • Bu gün, 12:51
    “Sabah” hədəfləri “12”dən vurdu! – çempiondan kimlər gedir, kimlər qalır?
  • Bu gün, 12:20
    “Qışdan sonra ən çox xal toplayan komandayıq” – istefaya göndərilən baş məşqçi
  • Bu gün, 11:59
    "Qəbələ"ni premyer-liqada saxlayan qələbə - VİDEO
  • Bu gün, 11:40
    ''Real''ın sabiq məşqçisi Ardanı yeni klubuna gətirmək istəyir
  • Bu gün, 11:19
    ''Fənərbaxça'' iki tanınmış hücumçu ilə anlaşmağa yaxındı
  • Bu gün, 10:58
    Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
  • Bu gün, 10:48
    "Şamaxı"da növbəti ayrılıq - RƏSMİ
  • Bu gün, 10:37
    Yığmamız İtaliya ilə qarşılaşacaq - AÇ-2026
  • Bu gün, 10:26
    “Əli haqda təəssürat müsbətdi - “Qarabağ”ın 15 yaşlı ulduzu qayıdır
  • Bu gün, 10:15
    "Biləsuvar" "Ağstafa Gəncləri"nə qarşı - 2-ci liqaya kim vəsiqə qazanacaq?
  • Bu gün, 09:44
    Renatın "Motor" karyerası sona çatdı
  • Dünən, 23:58
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 23:43
    Ardıcıl 2-ci dəfə oyundaşlarını arxada qoydu
  • Dünən, 23:12
    Ramos prezident ola bilmədi
  • Dünən, 22:56
    “İmişli” futbol veteranlarını sevindirdi
  • Dünən, 22:40
    Qlasner adını ''Kristal Pelas'' tarixinə yazdırıb ayrıldı
  • Dünən, 22:13
    Milli komandada yeni anlaşma
  • Dünən, 21:57
    “Namik Ələskərov uğursuz olubsa, başqası getməsin?” - Toral Bayramovun meneceri danışdı
  • Dünən, 21:36
    "Hazırda yorğunam, uçub getmək haqda düşünürəm" - Kaxaber Sxadadze
  • Dünən, 21:31
    “Səhərə salamat çıxaq, fikirləşərik” – Ramiz Məmmədov
Daha çox
Oxunub: 255
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 225
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 194
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 191
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 181
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə