• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Alnım açıqdı, heç vaxt nəyəsə qərəzli yanaşmıram" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

27-03-2026, 22:0

Millimiz “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində Mehsi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Belə yağışlı havada bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Belə şəraitdə oynamaq ağırdı. Hər iki komanda çətinlik çəkirdi. Buna baxmayaraq, futbolçuların oyuna köklənməsini, qol vurmaq istəyini gördük. Bu il ilk toplanışımız idi, heyətdə yeni oyunçular var idi. Növbəti oyuna vaxtımız azdı. Amma ciddi hazırlaşırıq. Qalib gəlmək istəyirik. Rəqib daha güclü, yaxşı komandadı. Yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik.

- Bu oyun millimizə nə verdi? Nəyi görmək istəyirdiz, nə gördüz?
- Bundan əvvəlki oyunlarımızın hamısı çox ciddi rəqiblərə qarşı idi. Millidəki futbolçuların döyüşkənliyi ilə öyünürdük. Bilirik ki, Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik. Bu gün futbolçuların qol vurmaq, qələbə istəyi var idi. Məncə, millinin oyunlarında nəticə önəmlidi. Hər xal, hər statistika vacibdi.

- Niyə futbolçular oyuna Azərbaycansayağı yanaşırdılar. Hesabda 4:1 öndə olsaq da, futbolçu rəqib meydançada simulyasiya edirdi…
- Bu, düzgün fikir deyil. Hava şəraitini nəzərə almaq lazımdı, sürüşkənlik var idi. Millətlər Liqasında heç bir futbolçunu itirmək istəmirik. Belə hallara diqqət etməlidilər.

- Heyətdə çoxlu dəyişikliklər oldu. Optimal formanı tapmaq istəyirdiz, ya hamıya şans vermək?
- Hamıya şans vermək, görmək istəyirik. Komandada rəqabət var. Heyətdə dəyişiklik ola bilər. Zədə amili də var. Bəzi futbolçuların forması daha yaxşıdı. Hər kəsi görürük. Bugünkü oyun əlavə şans idi.

- Son 24 saat ərzində sizə olan tənqidlər oyuna hazırlığa mane olmurdu?
- Diqqəti qorumaq lazım idi. Çox da bu məsələyə köklənmirdik. Tənqidləri normal qarşılayıram. Açıqfikirliyiksə, hər kəs bizi bəyənməyə bilər, hərənin öz fikri var. Bu, milli komandadı. Millinin heyəti açıqlananda hərənin öz versiyaları yaranır. Bu da normaldı. Bir şeyə əminəm, alnım açıqdı, heç vaxt nəyəsə qərəzli yanaşmıram və yanaşmaram da. Hərdən görünür ki, kimin daxilində nə var, elə fikirləşir.

- 6:1 hesabının rekord olacağını bilirdiz?
- Dünən mətbuat konfransında bildirilmişdi, bilirdik. Futbolçulara belə tapşırıq verməmişdik ki, rekord olsun. Oyun, temp, hücumlar, qol istəyirdik. Çox qol vurmaq sevindirir.

- Bu qələbənin Sumqayıtda qazanılması sizə necə təsir edir? Növbəti rəsmi oyunların burda keçirilməsi təklifi ilə çıxış edə bilərsiniz?
- Sumqayıt mənimçün doğmadı. 4 ilə yaxın burda işləmişəm. İlklərə imza atmışıq. Milli komandanın oyunlarının bölgələrdə də olmasını istəyirik. Sumqayıt da bu variantlardan biridi.

- Növbəti görüş Syerra Leoneyə qarşıdı. Bugünkü performans növbəti rəqibə qarşı planlarda hansısa dəyişikliyə səbəb olacaq?
- İki oyun planımız var idi. Matçdan əvvəl də fasilədə çox dəyişiklik etməyi düşünürdük. Eləməyə də bilərdik. Lakin hesab imkan verdi ki, bu addımı ataq. Bəzi futbolçulara istirahət verdik. Növbəti oyunu fərqli oynamaq istəyirik. Litva və Lixtenşteynlə oyunları da düşünürük. Bəzi məsələləri bu oyunlarda görmək istəyirik. Son 15 dəqiqədə fərqli sistemlə oynadıq.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

27-03-2026, 11:0

Millimiz Sent Lüsiyanı böyük hesabla məğlub edə biləcəkmi?

Ölkə futbolu

23-03-2026, 19:0

Ayxan Abbasovun mətbuat konfransı olacaq

Premyer-liqa / Manşet

14-09-2024, 19:0

"Bundan sonra daha çətin olacaq" - Ayxan Abbasov

Ölkə futbolu

25-03-2026, 16:0

Mətbuat konfransının vaxtı dəyişdirildi

Ölkə futbolu / Manşet

16-02-2026, 17:0

"Karim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydi..." - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

27-07-2024, 15:0

“Çempionata tam hazır olmasaq da...” – Ayxan Abbasov

Aktual
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
Son xəbərlər
  • Bu gün, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Bu gün, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 205
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 131
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 131
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə