“Səhərə salamat çıxaq, fikirləşərik” – Ramiz Məmmədov

28.05.2026 21:31 134
Ölkə futbolu / Manşet
Gələn mövsüm elitada oynamaq uğrunda pley-off oyununda “Mingəçevir” “Qəbələ”yə məğlub oldu - 0:2.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Ramiz Məmmədov media önünə çıxıb.

- Uşaqlara təşəkkür edirəm. Oyundan razı qaldım.

- Qələbə üçün nə çatmadı?
- Hakimlərdən narazı olmamışam. Tural Qurbanovun bu oyuna təyinat alması yersiz idi. Addımbaşı cərimə zərbəsi təyin edirdi.

- Klubdakı taleyiniz necə olacaq?
- Səhərə salamat çıxaq, fikirləşərik. Vaxtımız var.

- Elita təcrübəsi olan futbolçular niyə ehtiyatda idi?
- Komandanın daxili işidi. Hazır olanları seçdik. Özümüzə düşmən deyilik.

- Oyundan əvvəl “şansımız çoxdu” demişdiz. Bu rəqibdə qıcıq yaratmadı ki?
- Komandamı üstün görürdüm deyə, üstün demişəm.

- Rəqibin 11 legionerlə oynaması idman prinsipinin pozulması deyil?
- Əlbəttə. Onsuz da büdcə fərqi var. Əsasnaməyə əl gəzdirmək lazımdı.

MÜZƏFFƏR QULUZADƏ