Ramos prezident ola bilmədi

28.05.2026 23:12 17
Dünya futbolu
Serxio Ramos çoxdankı arzusuna çata bilməyib.

"Football-plus.az" xəbər verir ki, İspaniya yığmsının sabiq müdafiəçisinin “Sevilya”nın sahibi və prezidenti olmaq planı baş tutmayıb.

COPE nəşrinin yaydığı məlumata görə, Ramos daha əvvəl formasını geydiyi “Sevilya”nın səhmdarı olmağa yaxın olsa da, bu proses başa çatmayıb. Ona dəstək verən Argentinanın “Five Eleven Capital” sərmayə fondu ilkin təklifini ciddi şəkildə azaltdığı üçün razılaşma ləğv edilib. İlkin razılığa əsasən, sərmayədarlar klubun 80 min səhmini almağı planlaşdırırdı. Lakin sonradan onlar yalnız təxminən 30 min səhm almaq və kapital artımında iştirak edərək klub üzərində nəzarəti ələ keçirmək istəyiblər.

Yeri gəlmişkən, “Sevilya” son mövsümdə İspaniya La Liqasını 43 xalla 13-cü yerdə başa vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul