Yığmamız Millətlər Liqasını qələbə ilə bitirdi

5.12.2023 21:51 232
Yığma
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Millətlər Liqasında növbəti oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşan millimiz minimalhesablı qələbə qazanıb – 1:0. Millimizin yeganə qolunu 68-ci dəqiqədə Nigar Mirzəliyeva vurub. Bu millimizin Millətlər Liqasında keçirdiyi oyunlarda qazandığı ardıcıl 5-ci qələbədi.