• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu şərtlər altında avrokubok qazanmaq...” - Arda Turan “Şaxtyor”da gördüyü işlərdən və hədəflərindən danışdı

Dünya futbolu

19-02-2026, 12:0

Məşqçi kimi Türkiyədən kənarda ilk təcrübəsini yaşayan və Ukrayna nəhəngi “Şaxtyor”un başında heç də pis nəticələr əldə etməyən Arda Turan klubun rəsmi “yutub” səhifəsinə açıqlamalar verib.

Donetsk klubu Konfrans Liqasında əsas mərhələni 6-cı pillədə tamamlayaraq 1/8 finala vəsiqə qazanıb. Ukrayna çempionatında isə “Şaxtyor” 16 turdan sonra 35 xalla LNZ ilə ilk iki pilləni bölüşür. Sözü verək 38 yaşlı mütəxəssisə.

* İndiyə kimi yeni işimdə ciddi bir problem yaşadığımı deməzdim. Bu da sizin və böyük “Şaxtyor” ailəsinin sayəsində mümkün olub. Məni məmnuniyyətlə bu ailəyə qəbul etdiz, bu komandanı çalışdırmaq fürsəti verdiz və buna görə də hər birinizə təşəkkür edirəm. Mövsümün ikinci hissəsinə hazırlıq tam sürətlə davam edir. “Şaxtyor”un bu heyəti əvvəlki illərdəkindən çox fərqlənir. Çünki indi gənc və perspektivli futbolçular təcrübəlilərdən çoxdu. Bu qədər gənc ilə çalışmaq mənim üçün də yeni bir təcrübədi. Onlarla birlikdə mən də bəzi şeylər öyrənirəm. Düzdü, bəzi matçlarda daha yaxşı performans sərgiləyə bilərdik. Yəni mövqeyimiz daha yaxşı ola bilərdi. Amma oyunçularımdan razıyam.

* “Şaxtyor”un onsuz da həmişə öz oyun üslubu və futbol mədəniyyəti olub. Bu komanda həmişə baxımlı, gözəl və estetik futbol sərgiləyib. Biz də bu üslubu saxlamaq şərtilə ona yeni şeylər əlavə etməyə cəhd göstərdik. Müdafiəyə daha çox önəm vermək, daha aqressiv olmaq, topla və topsuz oyunda daha hərəkətli olmaq kimi məqamları nəzərdə tuturam. Məncə, bunu heç də pis bacarmırıq. İlk dövrədə cəmi 13 qol buraxdıq ki, bunların da 7-ni LNZ və “Karpatı” ilə oyunlarda buraxmışıq. Müdafiədəki oyunumuzdan ümumilikdə razıyam. Oyunçularımın inkişafı məni sevindirir. Ancaq bəzi psixoloji məqamlar problem yaradır. Bir çox oyunçumuz evindən uzaqda yaşayır. Elə ukraynalı futbolçular üçün də şərtlər çox çətindi. Buna rəğmən, oyunlara yaxşı köklənirlər və mənim komandaya aşılamaq istədiyim oyun fəlsəfəsini həyata keçirməyə çalışırlar.

* Matçların bəzi bölümlərində daha düzgün oynamağa çalışmalıyıq. Ən çox narazı qaldığım məqam isə qol fürsətlərinin asanlıqla əldən verilməsidi. Qol vəziyyəti yaratmaq baxımından heç bir problem yaşamırıq. Bəlkə də elə əsas sıxıntı burdan başlayır. Çünki fürsət asanlıqla ələ düşdüyü üçün onun dəyərini bilmirik. Bu məqamın üzərində yaxşıca çalışmalıyıq. Oyunçuların fiziki durumundan və oyun ərzində qət etdikləri məsafədən razıyam. Hərçənd ağır məşqlər bəzi futbolçulara sıxıntı yaradır. Çünki bu qədər templi məşqlərə alışmayıblar. Pillə-pillə irəliləməyə çalışmalıyıq. İndidən mövsümün sonunu düşünmək yersizdi. Hər ötən günü çempionluğa doğru atılmış yeni bir addım kimi görməliyik.

* İstəyirəm ki, rəqiblərimiz bizə qarşı oyunda meydanda ağalıq edə bilməyəcəklərini anlasınlar. Topa bizdən daha çox sahib olmayacaqlarını bilsinlər. Meydanın hər yerində biz ağalıq etməliyik. “Şaxtyor”un forması özünəməxsus ruha və ağırlığa malikdi. Bunu oyunçularıma da hiss etdirməyə çalışıram. Liderlərimizin yeri gələndə çəkinmədən məsuliyyəti üzərlərinə götürmələrini istəyirəm. Çünki futbolda taktika qədər klubun öz mentallığı da önəmlidi. Bəzən ən yaxşı oyununu sərgiləməsən də, həmin o mentallıq sənə qələbə qazandırır!

* Ukrayna çempionatında taktiki gedişlərin səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. Köhnə stadionlardan tarix iyi gəlir. Elə yeni stadionlar da öz ruhunu itirməyib. Eləcə də müharibəyə və ağır şərtlərə baxmayaraq, adamların futbol sevgisi də məni təəccübləndirdi. Bu olaylar bitəndən sonra Ukrayna futbolunun yenidən yüksəlişə keçəcəyinə inanıram. Burda federasiya prezidenti önəmli işlər görür. Yığma da, məşqçisi də güclüdü. DÇ-2026-nın pley-offunda bütün qəlbimlə Ukraynanı dəstəkləyəcəm.

* Az öncə də dediyim kimi bəzi matçlarda fürsətləri daha yaxşı dəyərləndirsəydik, ilk dövrəni böyük fərqlə lider tamamlayardıq. İkinci pillə məni qane etmir! Bunu futbolçularıma da söyləmişəm. Hədəfimiz yalnız çempionluqdu. İlk 6 ayda diqqəti əsasən futbolçuların inkişafına yönəltmişdik. Önümüzdəki üç ayda isə tam diqqəti nəticələrə yönəldəcəyik. Artıq bu klubda hər kəs yalnız çempionluq haqda düşünməlidi. Avropa Liqasının təsnifatında cəmi iki qol buraxdıq. Onları da “Beşiktaş”dan. Amma çox da irəliləyə bilmədik. Məni üzən də məhz budu. “Panatinaikos”la hər iki oyunda üstün tərəf biz idik. Bəlkə də mübarizəni KL-də davam etdirməyimiz gənc oyunçularımız üçün daha yaxşı oldu. Avropa ilə bağlı böyük arzularımız var. KL-i qazanmaq istəyirik və bunu inkar etmirik. Bu şərtlər altında avrokubok qazanmaq təkcə futbol yox, ümumilikdə idman tarixinə düşən hadisə olar. Çünki oyunçularımız faktiki həyəcan siqnalı altında yaşayır. Ona görə də qazanılacaq avrokubok tarixin ən böyük uğurlarından biri olacaq.

* Çətinliklərimiz çox olsa da, mən işin pozitiv tərəfinə baxmağa çalışıram. Hər şeydan öncə futbolçulara insan kimi yanaşıram. Onların təkcə yaxşı futbolçu yox, həm də yaxşı insan olmasını istəyirəm. Çünki həyat yalnız futboldan ibarət deyil. Həyatda hər şey qaydasında ikən addımlamaq asandı. Əsl məsələ çətin şərtlər altında addımlamağı bacarmaqdı.

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-06-2025, 18:0

Arda Turan Türkiyədən hansı oyunçunu ''Şaxtyor''a transfer etmək istəyir?

Dünya futbolu

9-04-2025, 20:0

“Şaxtyor” Arda Turana təklif göndərib?

Dünya futbolu

10-05-2025, 14:0

Arda Turan hansı Avropa klubu ilə danışıqlar aparır?

Dünya futbolu

29-05-2025, 09:0

''Şaxtyor''da Arda Turan dönəmi rəsmən başladı

Dünya futbolu

5-07-2025, 21:0

''Şaxtyor'' Arda Turanın ilk oyununda qalib gəldi

Dünya futbolu

23-10-2023, 17:0

Ukrayna klubunda 3 ay işlədi

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə