“Sabah” Bakıda “Barselona” ilə qarşılaşmanı izləmək üçün Azərbaycana gələn rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.
"Football-plus.az" xəbər verir ki, klubun yaydığı açıqlamada mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verildiyi bildirilib.
Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürəktutması səbəb olub.
Xatırladaq ki, “Sabah” Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Barselona”ya 1:4 hesabı ilə uduzub.
“Sabah” rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi
Ölkə futbolu





