Həftənin əvvəlində istefa verən məşqçi həftənin sonunda geri döndü

20.12.2025 15:56 20
Dünya futbolu
Qəribəliklərlə dolu olan Türkiyə futbolunda daha bir qəribə hadisə baş verib.

''Qaziantep''in Burak Yılmaz ilə yollarını ayırdığını xəbər vermişdik. 40 yaşlı mütəxəssis ötən tur evdə ''Göztəpə''yə minimal hesablı məğlubiyyətin ardından keçirilən mətbuat konfransında yerli fanatların ona qarşı haqsızlıq etdiyinə işarə vuraraq istefa verdiyini açıqlamışdı. Amma Antep klubunun rəhbərliyi onu fikrindən daşındıraraq geri dönməyə razı salıb!

Beləliklə, dekabrın 15-də istefa verən Yılmaz dekabrın 19-da yenidən bu klubun başına keçib. Başqan Memik Yılmaz aralarında bir yanlış anlaşılma olduğunu, bir-birilərini düzgün anlamadıqlarını və artıq problemin yoluna qoyulduğunu bildirib. O, Burak Yılmazın ən azı mövsümün sonuna qədər komandanın başında olacağını deyib. Memik Yılmaz eyni zamanda biletin qiymətinin 27 lirə (1,07 manat) olduğunu bildirərək fanatları ev oyunlarında komandaya dəstək verməyə çağırıb.

Burak Yılmaz avqustun ortalarından, daha dəqiq desək, 3-cü turdan komandanın başındadı.

''Qaziantep'' mövsümə İsmət Taşdəmir ilə başlamış, amma ilk iki turdakı məğlubiyyətlərdən sonra onunla vidalaşmışdı. 16 tura topladığı 23 xalla 7-ci pillədə qərarlaşan bu kollektiv indiyə qədər Burak Yılmazın başçılığı altında keçirdiyi 16 rəsmi oyundan 8 qələbə, 3 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul