“Forza Neftçi” “Azərsun Arena”ya bu qədər azarkeşlə gəlir

9.11.2025 18:19 25
Ölkə futbolu / Aktual
Bu gün möhtəşəm Azərbaycan derbisi olacaq. “Neftçi” Suraxanıda “Qarabağ”ın qonağıdı. Matçda maraq o dərəcədədi ki, artıq iki gündü bilet tükənib. Camaat bilet axtarır, tapa bilmir.

Bir tərəfdə “İmarət Tayfa” və “Qarabağ Ordu”, bir tərəfdə də təkbaşına “döyüşən” “Forza Neftçi”.

Bakılılar bu gün 900-950 nəfərlə təmsil olunacaq. “Neftçi” qonaq komanda kimi bu sayla kifayətlənməyə məcburdu. Amma “Qarabağ” üçün ayrılan sektorlarda “Neftçi” azarkeşlərinin olması da tam real variantı. Saat 18.44-də başlayacaq 100-cü Azərbaycan derbisini həvəslə gözləməyə dəyər!

MÜZƏFFƏR QULUZADƏ