Azərbaycan derbisinə 5000 bilet satıldı

30.11.2024 17:51 346
Ölkə futbolu
Misli premyer-liqasının 15-ci turu çərçivəsində sabah saat 19.00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı üçün 5000 ədəd bilet satılıb.

"Football-plus.az" xəbər verir ki, qalan 3000 ədəd biletdən 1000 ədədini (“Cənub-üst” sektoru – 10 AZN, “Cənub-alt” sektoru – 15 AZN, VIP – 35 AZN) hazırda iticket.az saytından onlayn şəkildə almaq mümkündü.

Oyunu tribunadan izləmək istəyən azarkeşlər həmçinin həmin gün saat 12.00-dan etibarən “Forza” və “Qərb-2” sektorlarına olan 2000 ədəd bileti (qiyməti 3 AZN) “Neftçi Arena”nın kassalarından əldə edə bilərlər.