"İmarət Tayfa" ilə "Forza Neftçi" arasında kütləvi dava

20.09.2024 19:39 302
Aktual / Ölkə futbolu
Azərbaycan derbisinin başlamasına dəqiqələr qaldı.

Bəli-bəli, bu gün "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, hər iki komandanın azarkeşləri stadiona axın etməkdədi. Artıq günün ilk münaqişəsi də yaşanıb. Belə ki, idman qurğusunun yaxınlığında yerləşən alış-veriş mərkəzinin ətrafında toplaşan "İmarət Tayfa" və "Forza Neftçi" fanklublarının üzvləri arasında dava düşüb.

Xoşbəxtlikdən polis əməkdaşlarının müdaxiləsiylə tərəflər bədbəxt hadisə baş vermədən sakitləşdirilib.

Oyun saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR