“Neftçi”nin “Qarabağ”la oyununa nə qədər bilet satılıb?

19.09.2024 21:37 201
Ölkə futbolu
Sabah mövsümün ilk Azərbaycan derbisi baş tutacaq. “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“İmarət”lə “Forza Neftçi”nin qarşılıqlı atmacalarından sezmək olur ki, sabah bizi sıradan bir oyun gözləmir.
Görəsən, derbiyə nə qədər bilet satılıb? Son durumu öyrənmək üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:

“İndiyə olan rəqəmlər böyük deyil. Ona görə ki, sırf çempionat matçlarında satış oyun günü olur. Yəni sabah, matça yaxın müddətdə rəqəmlər formalaşır. Hazırda ciddi bir say yoxdu”.


RÖYANƏ OĞUZ