Livakoviç İspaniyaya yollanmağına peşman olub

9.10.2025 20:24 27
Dünya futbolu
Yay transfer dönəminin sonlarına yaxın ''Fənərbaxça''dan ayrılaraq ''Jirona''ya yollanan Dominik Livakoviç deyəsən yavaş-yavaş bu seçiminə görə peşman olmağa başlayıb. Çünki xorvatiyalı qapıçı İspaniyaya yollandığı gündən bu yana heç bir rəsmi oyuna çıxmayıb və iştirak ərizəsinə düşdüyü 5 matçın hamısını ehtiyatda keçirib!

Kataloniya klubunda əsas qapıçı niderlandlı Paulo Qazzaniqadı. İspaniyanın ''Mundo Deportivo'' nəşrinin yazdığına inansaq, Livakoviç ehtiyatda qalmaqdan bezib və artıq ətrafındakı insanlara gileylənməyə başlayıb. Bu transferdə önəmli rol oynayan bir vasitəçi isə bunları deyib:
''Livakoviçin şikayət etməyə haqqı çatır. ''Jirona'' onu transfer etmək üçün çox çalışdı. Livakoviçi yalnız əsas heyətdə oynamaq maraqlandırırdı. Bunun üçün hətta böyük gəlirdən vaz keçərək İspaniyaya gəldi. Amma hələ də heç bir oyuna çıxmayıb. Məşqçi ona güvənmir''.
Qeyd edək ki, 30 yaşlı qapıçı müqavilə ilə hələ də ''sarı-lacivərdlilər''ə məxsusdu və İspaniyada icarə əsasında çıxış edir.