U-21 yığmamız Bolqarıstanla üz-üzə

9.09.2025 09:31 7
Ölkə futbolu
U-21 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.

"Football-plus.az" xəbər verir ki, komanda “Liv Bona Dea Arena”da Bolqarıstanı qəbul edəcək. Görüş saat 18.00-da başlayacaq.

U-21 millimizin baş məşqçisi Ayxan Abbasov bu gün əsas yığmanı Ukrayna ilə matça çıxaracağı üçün Bolqarıstanla matçda komandaya onun köməkçisi Elnur Çodarov rəhbərlik edəcək.

Xatırladaq ki, U-21 yığmamız seçmə mərhələdə ilk oyunda Portuqaliyaya 0:5 hesabıyla uduzub.