Maraqlıdı, bəs, “Zəngəzur” bu matça necə hazırlaşdı? Axı futbolçuların yuxu, qidalanma rejimi, məşq prosesi oyunların əsasən günorta saatlarında keçirilməsi planına uyğun həyata keçirilir.
Bu suallarla “Zəngəzur”un məşqçisi Vüsal Səfərova müaraciət etdik. Mütəxəssisin “Football-plus.az”a cavabı:
“Bəli, 2-ci liqada oyunlar saat 11.00-da başlamır. Binədə gün ərzində iki oyun keçiriləcəyinə görə belə addım atıldı. Belə olacağını əvvəlcədən bilirdik. Bu üzdən futbolçuların qida və yuxu rejimini tənzimləməyə çalışdıq. Oyundan bir gün əvvəl səhər saatlarında məşq etdik ki, komanda həmin vaxtın havasına uyğunlaşsın. Çünki məşqləri axşam edirik. Oyuna köklənmək həm bizim, həm də yəqin ki, rəqib üçün çox çətin oldu. Lazım olan qələbəni qazandıq. Daha çox qol vura bilərdik. Sadəcə, “Şəmkir”in qapıçısı xeyli təhlükəli vəziyyətdə özünü yaxşı tərəfdən göstərdi. Rəqib oyun ərzində cəmi 2-3 qol şansı yaxalaya bildi. Düşünürəm ki, yaxşı hazırlaşdıq və layiqli qələbə qazandıq”.
Xatırladaq ki, “Zəngəzur” 18 xalla 4-cü sırada qərarlaşıb. Komandada baş məşqçi səlahiyyətləri Vüsal bəyə məxsusdu. Lakin lisenziya məsələsinə görə protokolda baş məşqçi kimi Ravil Hüseynovun adı yazılır.
KƏNAN BAHADIR





