Sabah Misli premyer-liqasında 11-ci tura – “Zəfər turu”na start veriləcək. Bu çərçivədə keçiriləcək matçlarla 1-ci dövrə başa çatacaq və komandalar millilərin oyunları ilə bağlı fasiləyə yollanacaq.
“Football-plus.az”ın məlumatına görə, qarşıdan gələn turda cəzalı olduğuna görə komandasına yardım edə bilməyəcək futbolçuların adları bəlli olub. Bunlar “Neftçi”nin şərəfini qoruyan İqor Ribeyro və “Turan Tovuz”un formasını geyən Hayderson Urtadodu.
Ribeyro 9-cu turda “Turan Tovuz”la oyunda birbaşa qırmızı vərəqə görüb. O, bu üzdən 2 matç “dincələcək”. Urtado isə 10-cu turda “Sabah”a qarşı matçda sarı vərəqə limitini aşıb. Cümə günü bakılılar “Kəpəz”i qəbul edəcək, tovuzlular “Qarabağ”ın qonağı olacaq.
Qalan komandaların heyətində cəzalı oyunçu yoxdu.
Xatırladaq ki, tura noyabrın 8-də yekun vurulacaq.
KƏNAN BAHADIR
“Turan Tovuz” “Qarabağ”a, “Neftçi” “Kəpəz”ə qarşı matçda çətinliklə üz-üzə - niyə?
Ölkə futbolu / Manşet





