A seriyasında yeni baş məşqçi

5.11.2026 21:25 36
Dünya futbolu
“Udineze”də baş məşqçi dəyişikliyi zərurətə çevrilib.

"Football-plus.az" xəbər verir ki, Kosta Runyayiç uğursuz nəticələrə görə istefaya göndərilib. Artıq “Udineze”nin yeni baş məşqçisinin adı açıqlanıb. Komandanı bundan sonra Paolo Zanetti çalışdıracaq. İtalyan mütəxəssislə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Zanetti bundan əvvəl “Verona”, “Empoli”, “Venetsiya” və “Askoli”yə rəhbərlik edib.

“Udineze” A seriyasında 10 turdan sonra 5 xalla 19-cu yeri tutur.