U-19 millimiz bu gün Avro-2023-ün seçmə mərhələsində son oyununu keçirib.
Komandamız Lüksemburqla qarşılaşıb. Görüş Bolqarıstanın Albane şəhərində baş tutub. Matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, yığmamız seçmə mərhələni xalsız başa vurub. Miloş Velebitin yetirmələri qrupun digər iki qarşılaşmasında Bolqarıstana (0:1) və Türkiyəyə (1:5) uduzub.
Türkiyə isə Bolqarıstanla heç-heçə edib - 1:1. Beləcə, "ay-ulduzlular" və Lüksemburq turnir cədvəlində ilk iki yerin sahibi kimi növbəti mərhələyə yüksəlib.
27 sentyabr
Avro-2023, seçmə mərhələ
18.00. Lüksemburq U-19 – Azərbaycan - U-19 - 1:0
Qol: Leon Elşan, 7-pen.