Mbappenin rekorduna “kölgə saldı”

5.11.2026 21:56 27
Dünya futbolu
“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasında yeni rekord müəyyən edib.

"Football-plus.az" xəbər verir ki, 19 yaşlı futbolçu “Aston Villa” ilə matçda turnirin tarixində 20 yaşadək futbolçular arasında ən çox qol vuran oyunçu olub. Yamalın Çempionlar Liqasında keçirdiyi 37-ci matçda 14-cü qolunu olub. O, 20 yaşına qədər 13 dəfə fərqlənən Kilian Mbappenin rekordunu geridə qoyub.

Onu da qeyd edək ki, Yamal turnirin tarixində start heyətində meydana çıxan ən yeniyetmə futbolçu, həmçinin bir oyunda qol və məhsuldar ötürmə edən ən yeniyetmə oyunçu rekordlarının da sahibidi.