Yığmamız Monteneqroya uduzdu

8.04.2023 17:32 281
Yığma
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, millimiz Monteneqro yığması ilə qarşılaşıb. Slovakiyada keçirilən görüşdə yığmamız 0:3 hesabı ilə uduzub.

Millimiz seçmə mərhələdə növbəti oyununu aprelin 11-də slovakiyalı yaşıdlarına qarşı keçirəcək.