Millimiz Portuqaliyaya qarşı

9.10.2024 11:55 258
Ölkə futbolu
Çimərlik futbolu üzrə millimiz bu gün 2025-ci il dünya çempionatının seçmə mərhələsində 1/8 final oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komandamız Portuqaliya ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18.45-də başlayacaq.

Qeyd edək ki, yığmamız B qrupunu 2-ci pillədə bitirərək 1/8 finala adlayıb. Komanda qrupda İngiltərə (4:0) və Gürcüstanı (7:2) məğlub edib, İspaniyaya (0:7) uduzub.