London klubunda bir il işlədi

5.11.2026 22:27 27
Dünya futbolu
Nunu Eşpiritu Santunin “Vest Hem” macərası bir il çəkib.

"Football-plus.az" xəbər verir ki, “Vest Hem”in rəhbərliyi baş məşqçisi ilə yolları ayırıb. London klubu uğursuz nəticələrdən sonra təcrübəli məşqçi ilə yanaşı onun köməkçisi Ruy Pedru Silva və qapıçılar üzrə məşqçi Ruy Barbozanı da istefaya göndərib. Eşpiritu Santu komandaya 2025-ci ilin sentyabrında təyin olunmuşdu.

Hələlik komandanı Mark Nobl, Stiv Potts və Cerard Prendervill çalışdıracaqlar. “Vest Hem” hazırda İngiltərənin 2-ci divizionunda 13 turdan sonra 8-ci yeri tutur.